Çin iqtisadiyyatında koronavirus pandemiyadan toparlanma (yığışma) davam edərkən, bazar ertəsi günü Milli Statistika Bürosu tərəfindən açıqlanan məlumatlara görə, ölkədə istehlakçı qiymətləri indeksi (inflyasiya) İyul ayında 2.7%-ə yüksəlib.
İnsider.az xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 2.6% artım idi. İndeks İyun ayında 2.5% artmışdı.
Ölkədə istehsalçı qiymətləri indeksində isə 2.4% azalma qeydə alınıb. İndeksdə 2.5% azalma gözlənilirdi. Bu indeks İyun ayında 3% geriləmişdi.
Qida qiymətləri Cənub və Mərkəzi Çində baş verən sel hadisələrinin tədarük zəncirinə verdiyi ziyan səbəbilə aylıq müqayisədə yüngül yüksəliş qeyd edib.
Dəyişkən olan qida və enerji qiymətləri xaric baza inflyasiya İyun ayındakı 0.9% artımdan sonra İyulda 0.5% artıb. Bu məlumat son on ilin ən zəif məlumatı olaraq qeydə alınıb.
İstehsalçı qiymətləri indeksindəki yavaşlama isə təməl olaraq artan əmtəə və sənaye məhsul qiymətlərindən qaynaqlanıb.
Marja