cinde-insanabenzer-robot-teqdim-olunub-video

Çində insanabənzər robot təqdim olunub - VİDEO

Çinin “UBTECH Robotics” şirkəti “Walker X” adlı insanabənzər robotu təqdim edib.

Müvafiq video şirkətin “YouTube” kanalında yerləşdirilib.

Robot maneələri aşır, müxtəlif əşyaları “əliylə” götürür və insanlarla danışır. Onun əlində saxlaya bildiyi əşyaların maksimal çəkisi 2.7 kq-dır.

“Walker X” 41 ədəd kiçikölçülü hərəkət mühərriki ilə təchiz olunub.

O, nərdivanla qalxa, maili səthlərdə gəzə bilir. Robotun ən yüksək hərəkət sürəti isə saatda üç kilometrdir.