Çində iyul ayında idxal, ixrac və xarici ticarət profisit proqnozlardan daha yaxşı vəziyyətdə qalıb.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, dolların vəziyyətinə görə Çinin iyul ayında ixracı illik 3.3% artıb.Halbuki proqnozlar 1% geriləmə olacağı istiqamətində idi. İyulda idxalın 9% geriləyəcəyi deyilsə də, bu rəqəm 5.6% olub. Xarici ticarət profisiti 42.65 milyard dollarlıq proqnoz əvəzinə 45.06 milyard dollar səviyyəsində gerçəkləşib.
Yuan ilə Çinin ixracının illik 7% artması gözlənilərkən 10.3% artıb. İdxalın 3.3% düşməsi gözlənilərkən 0.4% yüksəlib. Xarici ticarət profisiti isə 310 milyard yuan gözlənilməsinə qarşılıq 310.3 milyard yuan təşkil edib.
Nübar Lətifli