cinde-komur-qiymetleri-keskin-dusub

Çində kömür qiymətləri kəskin düşüb

Kömür qiymətləri Çinin istehsal mərkəzlərinin istehsalı artıracaqlarına dair xəbər ilə kəskin düşüb.

Məlumata görə, Çin hökuməti, mədən şirkətlərinə istehsalı artırmaq üçün bütün yolları sınamalarını tapşırıb və şirkətlərə illik kvotalarını aşsalar belə tam güc ilə işə davam etmək icazəsi verib. Məlumata görə, bu addım illik istehsalı 98,35 milyon ton artıracaq.

Çində bir çox əyalətlərdə elektrik enjisi fasilələr ilə verilir, buna səbəb elektrik enerjisi stansiyalarının kifayət qədər kömür ala bilməmələri və kömür qiymətlərinin artmasıdır.

Kömür, Zhengzhou Əmtəə Birjasında 9,4% ucuzlaşaraq tonu 1262 yuana (196 dollar) geriləyib. Kömürün qiyməti 30 Sentyabrda 1393,6 yuana çatmışdı.