Son bir gündə Çində 118 yeni COVID-19 koronavirusa yoluxma hadisəsi aşkar edilib.
İnsider.az xəbər verir ki, bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsindən xəbər verilib.
Ancaq koronavirusdan ölüm halları haqqında heç bir məlumat verilməyib.
Ötən gün üçün ölkə daxilində koronavirusun episentri Tszilin vilayəti hesab edilib. Burada 43 yeni yoluxma halı qeydə alınıb.
Əvvəllər ən kəskin vəziyyət ölkənin şərqindəki Hebey əyalətində müşahidə olunurdu.
İnterfaks