Çində koronavirusun mərkəzi olan Uhan şəhərində şagirdlər məktəbə qayıdıblar.
İnsider.az xəbər verir ki, məktəblərdə şagirdlərin maska taxmağı və sosial məsafə qaydalarına əməl etmələri tələb edilib.
Hubey əyalətində şagirdlər dərslərə başlayıblar. Məktəbin girişində bütün şagirdlərin hərarəti ölçülür və onlar bir-birlərindən bir neçə metr aralı otururlar.
Orta məktəb və universitet tələbələri təhsillərini davam etməyə başlasalar da, ibtidai sinif şagirdlərinin məktəbə qayıdacağı tarix hələ dəqiqləşdirilməyib.
Oxu.Az