Çinin nəhəng pandaların qorunması və təhlil edilməsi üzrə mərkəzi bir pandanı digərindən ayırd edə bilmək üçün heyvanların üzlərinin tanınması üzrə tətbiq yaradıblar. İnsider.az bunu “Xinhua”-ya istinadla xəbər verir.
Alimlərin sözlərinə görə, bu, populyasiya, yaş, cins, həmçinin pandaların, ələlxüsus, vəhşi təbiətdə yaşayan pandaların, doğum və ölüm sayları barədə daha dəqiq məlumat əldə etməyə imkan verəcək.
Mütəxəssislər məlumat bazasına 120 min nəhəng pandanın şəkillərini və heyvanların olduğu 10 min videonu yükləyiblər.
Qeyd edək ki, daha əvvəl Çində turistlərə pandalarla şəkil çəkdirmək qadağa etmişdi.
Samirə Məmmədova