Dünyanın ikinci ən böyük neft məhsulları istehlakçısı olan Çində benzinin ilə dizel yanacağının topdan və pərakəndə satış qiyməti bahalaşıb.
Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına görə, bahalaşmaya səbəb dünya bazarında xam neftin qiymətinin artmasıdır. Komissiyanın qərarına əsasən, noyabrın 19-dan benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 70 yuan (10 ABŞ dolları) və 65 yuan (9,25 dollar) artırılıb.
Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
© Azərtac