cinden-abs-in-sirketlerine-sanksiya-tehdidi

Çindən ABŞ-ın şirkətlərinə sanksiya təhdidi

Çin Xarici İşlər Nazirliyinin spikeri Gıng Şuang verdiyi açıqlamada, ABŞ-ın Tayvana hərbi təyyarə satışı planından  imtina etməsi və Tayvan rəhbərliyi ilə bütün hərbi əlaqələrə son qoyması lazım olduğunu söyləyib. 

İnsider.az xəbər verir ki, Vaşinqtonun satış qərarından imtina etməməsi halında söz mövzusu satışda iştirak edən ABŞ-ın silah şirkətlərinə sanksiya tətbiq olunmasının planlaşdırıldığını qeyd edən Gıng, sanksiyaların məzmununa dair isə detallı məlumat verməyib.

ABŞ Tayvana 8 milyard dollar dəyərində 66 ədəd F-16 təyyarə satır.
 
ABŞ, 1972-ci ildən bu yana Tayvanı rəsmən Çinin bir hissəsi olaraq tanıyıb.
Marja.az