cinemaplus-da-barbenheimer-fenomenal-ajiotaj-yaratdi-video

“CinemaPlus”da “Barbenheimer” fenomenal ajiotaj yaratdı - VİDEO

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi tarixi hadisəni qeyd edir – eyni gündə böyük ekranlarda nümayiş olunan “Barbi” və “Oppenheymer” filmləri. Bu kinohadisə ilin ən səs-küylü fenomeninə çevrildi. Tamaşaçılar hər iki filmi eyni gündə qiymətləndirə bilmək üçün bilet alırlar. Onlar “CinemaPlus” kinoteatrlar şəbəkəsinə çəhrayı və qara rəngli geyimlərdə gəlirlər.

Təkcə ilk həftədə Marqo Robbi və Rayan Qoslinqin rol aldıqları “Barbi” dünya üzrə təxminən 530 milyon dollar gəlir əldə edib. “Oppenheymer” ilk həftəsində 265 milyon dollardan çox gəlir əldə edib. Ancaq kassa baxımından qalibi müəyyən etmək üçün filmləri müqayisə etmək düzgün olmazdı. Çünki “Barbi” dünyada bir çox nəsillərə məlum olan oyuncaq əsasında qurulub və film uşaqlarla rahat izlənilə bilər. “Oppenheymer” isə “R” reytinqli kimi qiymətləndirilən (17 yaşdan aşağı izləyicilərə valideyn müşayiəti tələb olunur) fizika haqqında üç saatlıq bayopikdir.

Real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik filmi.

Bu hekayə II Dünya müharibəsi illərində atom bombası yaradan qrupa rəhbərlik edən amerikalı fizikin həyatından bəhs edir.

Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer, əsasən, ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-də, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırmağa başladılar.

Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır.

Baş rolu Killian Mörfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.

Filmin büdcəsi 100 milyon dollardır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film iki dildə nümayiş olunur: rus və ingilis.

“Mattel” şirkətinin “Barbi” oyuncaqları seriyası əsasında “Barbi” komediya filmi.

Filmin rejissoru Qreta Gerviqdir. “Barbi” və “Ken” rollarını Marqo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkiliblər.

“Barbi” gözəllik standartlarına uyğun olmadığı üçün Barbilenddən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.

Filmin büdcəsi 145 milyon dollardır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film üç dildə nümayiş olunur: türk, rus və ingilis.

“CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.