Bildiyiniz kimi 2 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günüdür. Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil olunacaq.
Retrospektiv baxış müddətində CinemaPlus kinoteatrlar şəbəkəsində aşağıdakı filmlərin nümayişi nəzərdə tutulmuşdur.
“Arşın mal alan”
Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.
1945- ci il. Bakı kinostudiyası.
“Bəxtiyar”
Rejissor: Lətif Səfərov.
1955- ci il. Bakı kinostudiyası.
“O olmasın, bu olsun”
Rejissor: Hüseyn Seyidzadə.
1956-cı il. Bakı kinostudiyası.
“Ögey ana”
Rejissor: Həbib İsmayılov.
1958-ci il. Bakı kinostudiyası.
“Uzaq sahillərdə”
Rejissor: Tofiq Tağızadə.
1958-ci il. Bakı kinostudiyası.
“Əhməd haradadır? ”
Rejissor: Adil İsgəndərov.
1963- cü il. “Azərbaycanfilm” k/st.
“Sehrli xalat”
Rejissor: Əlisəttar Atakişiyev.
1964- cü il. “Azərbaycanfilm” k/st.
“Bir cənub şəhərində”
Rejissor: Eldar Quliyev.
1969-cu il. “Azərbaycanfilm” k/st.
“Bizim Cəbiş müəllim”
Rejissor: Həsən Seyidbəyli.
1969-cu il. “Azərbaycanfilm” k/st.
“Şərikli çörək”
Rejissor: Şamil Mahmudbəyov.
1969-cu il. “Azərbaycanfilm” k/st.
“Axırıncı aşırım”
Rejissor: Kamil Rüstəmbəyov.
1971-ci il. “Azərbaycanfilm” k/st.
“Gün keçdi”
Rejissor: Arif Babayev.
1971-ci il. “Azərbaycanfilm” k/st.
“Nəsimi”
Rejissor: Həsən Seyidbəyli.
1973-cü il. “Azərbaycanfilm” k/st.
“Əzablı yollar”
Rejissor: Tofiq İsmayılov.
1982-ci il. “Azərbaycanfilm” k/st.
“Evlənmək istəyirəm”
Rejissor: Cahangir Mehdiyev
1983-cü il. “Azərbaycanfilm” k/st.
“Bəyin oğurlanması”
Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.
1985-ci il. “Azərbaycanfilm” k/st.
“Cin mikrorayonda”
Rejissor: Oqtay Mirqasımov.
1985-ci il. “Azərbaycanfilm” k/st.
“Atları yəhərləyin”
Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov.
1985-ci il. “Azərbaycanfilm” k/st.
“Süd dişinin ağrısı”
Rejissor: Hüseyn Mehdiyev.
1987-ci il. “Azərbaycanfilm” k/st.
“Yaramaz”
Rejissor: Vaqif Mustafayev.
1988-ci il. “Azərbaycanfilm” k/st.
“Ölsəm... bağışla”
Rejissor: Rasim Ocaqov.
1989-cu il. “Azərbaycanfilm” k/st.
Qeyd etmək istərdik ki, giriş sərbəstdir.
“CinemaPlus” bütün kinosevərlər və milli kinomuza dəyər verənləri səbirsizliklə gözləyir.
Ətraflı məlumat “CinemaPlus”un sosial şəbəkə hesablarında və kinoteatrın saytında qeyd olunacaq.