“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında bir çox məşhur və populyar aktyorun iştirak etdiyi “Hayatla Barış” türk bioqrafik filminin təqdimatı keçirilib.
Təqdimatın fəxri qonaqları Azərbaycan “Amputant Futbol” İctimai Birliyinin İkinci Qarabağ müharibəsi zamanı mina partlayışı nəticəsində xəsarət almış futbolçuları olublar. Artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərən Birliyin idmançıları milli komanda səviyyəsində beynəlxalq yarışlarda iştirak edirlər.
Qonaqlar arasında həmçinin Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri də olublar. ANAMA Amputant Futbol İctimai Birliyinə ən çox dəstək göstərən qurumdur.
“Hayatla Barış” filmin rejissoru Ekin Pandırdır.
Baş rolları Taner Ölmez, Nazan Kesal və Bülent İnal canlandırıblar.
Film haqqında qısaca: “Uşaqlıqda keçirdiyi qəza nəticəsində əlil qalsa da, bu, Barış Tellinin planlarına mane olmur. Qəza nəticəsində sağ ayağını itirən Barış illər ərzində tennisdən atletikaya qədər idmanın bir çox sahəsində Türkiyə rekordları qırıb. Amputant futbol milli komandasında çoxsaylı çempionluqlar qazanan və bombardir olan idmançı zamanla “Ampute Messi” kimi tanınmağa başladı”.
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.