cinin-dovlet-bascisi-abs-ile-ticaret-muharibesinden-qorxmuruq

Çinin Dövlət Başçısı: ABŞ ilə ticarət müharibəsindən qorxmuruq

Çinin Dövlət Başçısı Xi Jinping, ABŞ ilə ticarət razılaşması təmin etmək istədiklərini, ancaq ABŞ-ın əlavə ticari bir müharibəyə girməsi vəziyyətində cavab verməkdən çəkinməyəcəklərini vurğulayıb. 

İnsider.az xəbər verir ki, Jinping, paytaxt Pekində təşkil edilən "Bloomberg Yeni İqtisadiyyat Forumu"na qatılan ABŞ-lı ticarət heyətini Böyük Xalq Salonunda qəbulunda, ölkəsinin ticarət danışqıalrına dair müsbət bir istəyi olduğunu bildirib. 

"Hər vaxt dediyimiz kimi, ticarət müharibəsini başlatmaq istəmirik, ancaq qorxmuruq da. Lazım olduğunda cavab verərik. Yenə də ticarət müharibəsi olmasın deyə məşğul oluruq",- ifadəsini istifadə edən Xinping, qarşılıqlı hörmət və bərabərlik təməlində bir ticarət müqaviləsi üçün səy göstərdiklərinin vurğulayıb. 

Ticarət müharibəsində 18 ay geridə qalıb

Çin və ABŞ arasında 18 ayın geridə qaldığı ticarət müharibəsi, ABŞ Prezidenti Donald Trampın Çindən idxal edilən bəzi məhsullara tətbiq etdiyi əlavə gömrük tarifləri ilə başlamışdı.

Marja