cinin-ixraci-martda-artib

Çinin ixracı martda artıb

Çin Gömrük İdarəsi tərəfindən açıqlanan xarici ticarət göstəricilərinə görə, yuanda ifadə olunmuş ixrac mart ayında əvvəlki ilin eyni dövrünə nisbətən 21.3 faiz artım qeyd edib. Proqnoz artımın 6.3 faiz olacağı istiqamətində idi.

İnsider.az xəbər verir ki, açıqlanan məlumatlara görə, həmin dövrdə idxal illik 1.8 faiz azalıb. İqtisadçıların gözləntisi 2.6 faiz artım olacağı istiqamətində idi.

Çində yanvar - mart dövründəki xarici ticarət artığı (profisiti) 529.67 milyard yuan olub.