cinin-ixraci-mayda-gozlenilmez-sekilde-artib

Çinin ixracı mayda gözlənilməz şəkildə artıb

Çinin ixracı may ayında gözlənilməz bir şəkildə yüksəlib, idxalı azalıb.

İnsider.az xəbər verir ki, may ayında ABŞ ilə davam edən ticarət gərginliyinin dərinləşməsilə Çinin idxalı azalıb. Ölkənin ixrac isə gözlənilməz şəkildə artıb.

Gömrük İdarəsi tərəfindən bazar ertəsi günü açıqlanan rəqəmlərə görə, ixracat may ayında ötən ilin eyni ayı ilə müqayisədə 1.1% artıb, idxal isə 8.5% azalıb.

Xarici ticarət artıqlığı (profisiti) 41.65 milyard dollar (279.1 milyard yuan) səviyyəsində reallaşıb. 

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların təxminlərinə görə, ixracın 3.9%, idxalın 3.5% düşməsi, xarici ticarət artıqlığının isə 22.30 milyard dollar olması gözlənilirdi.

©Marja