Çindən Türkiyəyə koronavirus peyvəndinin ilk partiyası gəlib çatıb.
İnsider.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilir ki, ilk partiyada üç milyon doza peyvənd var.
Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi artıq Türkiyədə üç mərhələdə sınaqdan keçib və peyvəndin əks təsirlərinin olmadığı bildirilib.