cinin-lenovo-sirketi-yeni-proqram-teminati-sirketi-yaradir

Çinin Lenovo şirkəti yeni proqram təminatı şirkəti yaradır

Çin kompüter istehsalçısı Lenovo Şanxayda yeni şirkət qurub.

Bu barədə çərşənbə günü "Sina" informasiya resursu məlumat yayıb.

"Lianxiang Xinshijie" adlı yeni şirkətin nizamnamə kapitalı 10 milyon yuan (təxminən 1,5 milyon dollar) təşkil edəcək. Onun vəzifəsi proqram təminatının hazırlanması, məlumatların işlənməsi üzrə xidmətlərin göstərilməsi, həmçinin süni intellekt texnologiyalarından istifadə etməklə tətbiqli proqram təminatının hazırlanması olacaq.

Bu ilin ikinci rübündə Lenovo-nun cəmi gəlirləri 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 109,4 milyard yuan (təxminən 16,29 milyard dollar) təşkil edib. Dövr ərzində xalis mənfəət 119% artaraq 3.01 milyard yuan (təxminən 466 milyon dollar) səviyyəsinə çatıb.

Marja