cinin-yeni-texnologiya-birjasi-fealiyyete-baslayib

Çinin yeni texnologiya birjası fəaliyyətə başlayıb

Çində  "Nasdaq" birjasına bənzər "Star" adlı yeni texnologiya birjası bazar ertəsi fəaliyyətə başlayıb.

İnsider.az xəbər verir ki, ilk əməliyyat günündə birjada səhmləri satışa qoyulan 25 şirkətin hamısının səhmləri bahalaşıb.

Ən çox "Anji Microelectronics Technology Co." şirkətinin səhmləri bahalaşıb - 410%. 

Yüksək səviyyəli rəsmilər, səhmlərin ilkin kütləvi təkliflərində təxminən 5.4 milyard dollar olmaqla nəzərdə tutulduğundan 20% daha çox vəsait toplandığını açıqlayıb. Verilən açıqlamalar səhmlərin qiymətlərinə müsbət təsir edib.

ABŞ-dakı "Nasdaq" birjasının model olaraq götürüldüyü "Star" birjası Çinin "Alibaba Group" və ya "Tencent Holding" kimi iri şirkətlərini Nyu-York və ya Honq Konq birjalarına verməməyi hədəfləyir.

Analitiklər, "Bu birja texnoloji innovasiya fəaliyyəti dəstəkləmək üçün hazırlanmış əsas strategiyalardan biridir. Əgər investorlar buradan yaxşı dividendlər götürsələr sektora daha çox pul girişi olacaq və Çinin kapital bazarlarının inkişaf etmiş bazarlarla olan rəqabətini dəstəkləyəcək",- şərhini ediblər.

©Marja