cip-nehenginden-rekord-satis

Çip nəhəngindən rekord satış

Tayvanın çip istehsalçısı "Taiwan Semiconductor Manufacturing"in rüblük satışları avtomobil və iPhone sifarişlərindəki artımla rekord qırıb.

Dünyanın ən böyük çip istehsalçısı "Taiwan Semiconductor Manufacturing"in 2021-ci ilin üçüncü rübündə satışları rekord qırıb.

Şirkətin gəlirləri üçüncü rübdə 414,7 milyard Tayvan dollarına (14,8 milyard dollar) təşkil edərək analitiklərin təxminlərinə yaxın reallaşıb.

Sentyabr ayında satışlar isə ötən ilin eyni ayı ilə müqayisədə 20% artımla 152,7 milyard Tayvan dolları olub.

 iPhone 13 modellərini bazara çıxaran Apple daxil bir çox şirkətdən güclü tələb olub. Sifarişlərdəki artıma baxmayaraq bu dövrdə çip çətinlikləri davam edib.

Marja