Mərkəzi ofisi Nyu-Yorkda yerləşən "Citibank", Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) müqaviləsiz çıxması halında Britaniya banklarının gəlirlərinin 25 faiz azalacağı xəbərdarlığını edib.
İnsider.az xəbər verir ki, Bankın tədqiqat departamentinin yaydığı açıqlamada, Britaniyanın Aİ-dən müqaviləsiz ayrılması ehtimalının artdığı, bu vəziyyətin 31 Oktyabrda baş verməsi halında İngiltərədə yerləşən bankların gəlirlərinin 25 faiz azalacağı bildirilib.
Bu halda, ölkənin iqtisadi artımında azalma və aşağı faiz dərəcələri ilə əlaqədar bankların gəlirlərində də azalma gözlənildiyi qeyd edilib.
© Marja