cloudpayments-servisinin-hemtesiscisi-sirketi-terk-edir

"CloudPayments” servisinin həmtəsisçisi şirkəti tərk edir

“CloudPayments” ödəmə sisteminin həmtəsisçisi və onun texniki direktoru Konstantin Yan şirkəti tərk edəcək.

İnsider.az bu barədə “RBK”-ya istinadla xəbər verir.

Yan öz vəzifəsində servisin innovasiyalarına, məhsul xəttinə, tərtibatına, əməliyyat işinə görə cavabdeh idi. Şirkətdən gediş qərarını o, “özünü nəsə yeni bir şeyə həsr etmək” istəyilə izah edib.

“CloudPayments”-in yeni texniki direktoru isə “Tinkoff”-da əvvəllər özünəxidmət texnologiyaları şöbəsinə rəhbərlik etmiş Atyom Sannikov oldu.

Qeyd edək ki, “CloudPayments” “Visa”, “Mastercard” və “MİR” bank kartlarını qəbul edən internet-biznes üçün  internet-ekvayrinq servisidir. “CloudPayments” ödəmə qəbulu sistemini mobil tətbiqlər, sosial şəbəkələr, messencerlər və s. üzərindən istifadə etməyə imkan verir.

Samirə Məmmədova