“Azərbaycan Coca-Cola Bootlers Limited” MMC “Qida Təchizat SK” MMC-ni məhkəməyə verib.
İnsider.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” 289 manat borcun tutulması barədə tələb irəli sürüb.
İddiа tələbi onunla əsaslandırılıb ki,“Azərbaycan Coca-Cola Bottlers LTD” MMC ilə “Qida Təchizat SK” MMC arasında 28 iyun 2017-ci il tarixdə müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “Coca-Cola” istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri “Qida Təchizat SK” MMC-yə satıb. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC müəssəsinə ödəməyi öhdəsinə götürüb.
Daha sonra “Qida Təchizat SK” MMC-nin “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-yə 289 məbləğində ödənilməmiş borcu qalıb.
Məhkəmənin qərarına əsasən, iddiа tələbi təmin еdilib.
©Oxu.Az