coca-cola-musabiqe-elan-etdi-qazanani-10-min-dollar-gozleyir

“Coca-Cola” müsabiqə elan etdi - Qazananı 10 min dollar gözləyir

“Coca-Cola” “Make Your Mix” müsabiqəsini elan edib və şirkətin içkilərindən yeni qarışıq etməyi bacaran şəxsə 10 min dollar verəcək. İnsider.az bunu “CNBC”-yə istinadla xəbər verir.

Müsabiqədə iştirak etmək üçün 2019-cu ilin iyunun 30-a kimi “Twitter” və ya “Instagram”-da “#MakeYourMixContest” heşteqi və içkinin şəkli və reseptilə ismarış göndərmək lazımdır.

Şirkət istehlakçıların artıq içkiləri qarışdırdığına və sosial şəbəkələrdə öz sevimli kombinasiyaları ilə bölüşdüklərinə görə müsabiqə keçirməyə qərara gəlib.

“Biz istehlakçıları onların yaradıcılıq göstərmək, eksperiment aparmaq və sevdikləri brendləri qarışdırmaqla, artıq etdiklərinə görə mükafatlandırmaq istəyirik”, —  deyə şirkət nümayəndəsinə istinadla nəşriyyat bildirir.

Müsabiqədə iştirak üçün yeni dad ahəngi yaratmaq məqsədilə “Freestyle” maşınlarının təklif etdiyi iki-üç içkini qarışdırmaq lazımdır. Yaxınlığınızda qarışdırma üçün avtomatarın olub-olmadığını bu linkə keçid edərək yoxlamaq olar.

Qeyd edək ki, müsabiqə iştirakçılarının yaş həddi 13-dən aşağı olmamalıdır.

Samirə Məmmədova