"Coca-Cola" 1980-cı illərin uğursuz məhsulunun 2019-cu ildə ona "viruslu" olmağa kömək edə biləcəyinə ümid edir. Belə ki, şirkət "New Coke"-un məhdud sayda bankasını, məhsulun təqdim edildiyi "Stranger Things"-in qarşıdan gələn üçüncü mövsümündə geri qaytarır.
"Stranger Things"-in yaradıcıları və Mett Daffers "Netflix"-də (NFLX) canlı efirdə iyulun 4-ü başlanacaq şounun irəliləməsi üsulu kimi "New Coke"-un qaytarılması ideyası ilə çıxış ediblər. Şounun üçüncü mövsümü "Coca-Cola"-nın (KO) öz kult içkisinin yeni reseptilə debüt etdiyi 1985-ci ildə yay vaxtı keçdi.
"New Coke" məğlubiyyətlə nəticələndi: istehlakçılar yeni içkiyə elə pis reaksiya vermişdilər ki, "Coca-Cola" onu bir neçə ay sonra rəflərdən qaldırdı. "New Coke" "Coke II" kimi rebrendinq oldu və 1985-ci ildən sonra bəzi yerlərdə satıldı. Lakin bu, "Coca-Cola"-nın "New Coke"-u ilkin brend altında geri qaytardığı ilk dəfədir.
"Bəlkə də, bir qədər əvvəl biz bunu etməzdik. Lakin biz dəyişirik və ənənəvi yeni məhsulların çərçivəsindən kənar çıxan yeni üsulları tətbiq etməyə çalışırıq. Bu, mədəni innovasiyadır", - deyə "Coke" içki birliyinin prezidenti və "Coca-Cola"-nın Şimali Amerikadakı marketinq üzrə baş vitse-prezidenti olan Stüart Kronac "CNN"-ə bildirib.
"Coca-Cola" təzəlikcə "Coke" məhsulları üçün individual layihələr üzrə "Disney Parks & Resorts"-la əməkdaşlıq edib. Bu məhsullar "Disney"-dəki "Star Wars"-un yeni tematik "Galaxy's Edge" parkında satılır.
Partnyorluq inkişaf edən media-landşaftda insanlara "Coke"-u çatdırmağın yoludur.
"Konkret zaman çərçivəsinə salmaq üçün 30-saniyəlik reklam çarxının alışı əvvəlki kimi dəyərli deyil. Dünya axın və qeyri-reklam platformalarına və abunə-əsaslı platformalara çevrilir. Ona görə də, bizim üçün istehlakçılarımızın gözləri, ürəkləri və ruhlarının olduğu yerdə olmağımıza əmin olmaq bu qədər vacibdir", - Kronac əlavə edir.
Şirkət həmçinin müntəzəm "Coke" və "Coke Zero"-lu "Stranger Things" tematik bankalarını satır və şou personajlarının iştirakı ilə 1980-lərin reklamlarının remeykini buraxır.
"Netflix" üçün də partnyorluq yeni kanallarda reklam üsuludur. "Biz internetdə mövcuduq və "Coke" fiziki olan istehlakçı məhsullarının qurulmasında əsrlik təcrübəyə malikdir", - şirkətin Qlobal
Marketinq Partnyorluğunun rəhbəri Barri Smit "CNN Business”-ə söyləyir.
Samirə Məmmədova