colgate-palmolive-rusiyaya-mal-ixracini-mehdudlasdirdi

Colgate-Palmolive Rusiyaya mal ixracını məhdudlaşdırdı

Amerikanın Colgate-Palmolive şirkəti gündəlik sağlamlıq və gigiyena məhsulları istisna olmaqla, Rusiyaya bütün malların idxalını dayandırıb. Bu barədə cümə günü şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

"Biz Rusiyaya əsas gündəlik sağlamlıq və gigiyena məhsulları istisna olmaqla, bütün malların ixracını və satışını dayandırmışıq", -şirkətin məlumatında bildirilir.

Şirkət Rusiyaya kapital qoyuluşlarından da imtina edib

Bu qərara səbəb Ukraynadakı hərbi əməliyyat olub.