corekbisirme-sexindeki-partlayisla-bagli-cinayet-isi-acildi-resmi

Çörəkbişirmə sexindəki partlayışla bağlı cinayət işi açıldı - RƏSMİ

Avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörək bişirmə sexində partlayış baş verməsi nəticəsində bir nəfər şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şirvan şəhər prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən sexdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində sexin yaxınlığında quraşdırılan, suyun qızdırılmasını təmin edən dəmir sobanın 60 metr uzaqlıqda olan avtomobilə çırpıldıqdan sonra yaxınlıqda dayanan Zaur Əliyevə dəyib, sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.  

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə  cinayət işi başlanıb.