covid-19-eleyhine-peyvendin-qeydiyyata-alinacagi-vaxt-melum-oldu

COVID-19 əleyhinə peyvəndin qeydiyyata alınacağı vaxt məlum oldu

Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin qeydiyyata alınması məsələsinə aydınlıq gətirilib.

İnsider.az xəbər verir ki, Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında peyvəndin klinik sınaqlarının ikinci və sonuncu mərhələsinin sona çatmaq üzrə olduğunu bildirib.

“Klinik sınaqlar tamamlandıqdan dərhal sonra peyvəndin dövlət tərəfindən qeydiyyatı məsələsi həll ediləcək”, - deyə A.Kuznetsov qeyd edib.