ABŞ-dan olan elm adamları, koronavirusa yoluxan xəstələr arasında ən yoluxucularının adını açıqlayıb.
“Rosbalt”ın məlumatına görə, tədqiqatçıların bununla bağlı tədqiqatı “New England Journal of Medicin”də dərc olunub.
Bildirilir ki, COVID-19-a yoluxan immun sistemi zəif insanlar (məsələn xərçəngdən əziyyət çəkənlər) müalicədən sonra iki ay yoluxucu ola bilərlər.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) hazırkı tövsiyələrinə görə isə koronavirusu olan xəstələr 10 gün ərzində yoluxucu olur.
Tədqiqatçılar immunitet çatışmazlığı olan xəstələrə dair normaların yenidən nəzərdən keçirilməsini təklif edirlər.
Elm adamları onu da vurğulayıblar ki, HİV infeksiyası və immun çatışmazlığı olan insanlarda, eləcə də ağır stres keçirənlərdə immunitet sistemi zəifləyir.