dagistan-bascisi-insidentle-bagli-serhedyani-bolgeye-gedib

Dağıstan başçısı insidentlə bağlı sərhədyanı bölgəyə gedib

Dağıstanın başçısı Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş verən insidentlə bağlı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib.

İnsider.az xəbər verir ki, bu barədə məlumat Dağıstan başçısının rəsmi saytında yer alıb.

Müşavirədə 155 azərbaycanlı vətəndaşı sərhəddən buraxılması ilə bağlı qərar verilib. Bu siyahıya, ilk növbədə, uşaqlı qadınlar, yaşlı insanlar, xəstələr, həmçinin uzun müddət sərhəddə qalan insanlar daxil ediləcək.

Müşavirədə çıxış edən Dağıstan Baş nazirinin müavini Ramazan Cəfərov sərhəddəki insidentlə bağlı 5 Azərbaycan vətəndaşının xəstəxanaya yerləşdirildiyini bildirib. 

Report