daha-bir-sigorta-sirketi-iscilerini-ixtisar-edir

Daha bir sığorta şirkəti işçilərini ixtisar edir

"Günay Sığorta" ASC işçilərinin sayını 23,3% azaldıb.

İnsider.az xəbər verir ki, sığorta şirkətinin işçilərinin sayı 1 il ərzində 27 nəfər azalıb. 2018-ci ilin ilk yarısında 116 nəfər olan işçi sayı 2019-cu ilin eyni dövründə 89 nəfərə enib.

Qeyd edək ki, 2018-ci ilin ilk rübündə isə şirkətin işçilərinin sayı 150 nəfər olub.

©Finans.az