danimarka-resmileri-simal-axini-nda-bir-ton-trotil-gucune-malik-iki-partlayis-bas-verib-foto

Danimarka rəsmiləri: “Şimal axını”nda bir ton trotil gücünə malik iki partlayış baş verib” - FOTO

“Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində ümumi tutumu 1000 kq trotildən çox olan iki partlayış baş verib”.

Danimarka rəsmiləri gəldikləri bu qənaəti NATO ölkələrinin nümayəndələrinin görüşündə açıqlayıblar.

Onlar qeyd ediblər ki, boru kəmərləri iki partlayış nəticəsində zədələnib. Onlardan hər birinin gücü təxminən 1 100 funt trotil gücünə malik olub (təxminən 500 kq).

Bildirilir ki, həmin görüşdə NATO ölkələrinin nümayəndələri boru kəmərlərində baş verən insidentin arxasında Rusiyanın dayandığını iddia ediblər. Avropalı diplomatların sözlərinə görə, Alyans ölkələrinin əksəriyyəti əlavə sübutlar əldə edilənə qədər nəticə çıxarmağa tələsmək istəmir. Bu səbəbdən də şübhələrini rəsmi şəkildə bəyan etmirlər.

 

Oxu.Az