danimarkada-menfi-faizle-ipoteka-sertler

Danimarkada mənfi faizlə ipoteka - ŞƏRTLƏR

Danimarkanın böyüklüyünə görə üçüncü yerdə duran “Jyske Bank”-ı illik mənfi 0,5% tarif üzrə ipoteka krediti təklif edir, yəni faktiki olaraq, yeni mənzil almağı qərar verən borc alanlara pul ödəyəcək.

Bu dünya təcrübəsində ilk haldır ki, ipotekanı mənfi faizlə verirlər, yəni hər ay kredit üzrə qalıq, aylıq ödənişi aşan məbləğ dəyərində azalacaq. Beləcə, krediti tam şəkildə geri qaytarmaq üçün banka qabaqcadan aldığın borcdan daha az ödəmək lazım olacaq.

Mənfi tarif ipotekanı 10 ilə götürənlərə təklif olunur və bu müqavilədə qeyd olunur, yəni, bütün bu müddət ərzində bankın kredit şərtlərini dəyişməyə və ödənişləri artırmağa ixtiyarı yoxdur. Nordea bankının Danimarka şöbəsi söz verdi ki, yaxın zamanlarda 20 il müddətinə faizsiz kreditlər (illik 0%) verəcək, 30 illik ipoteka müqavilələrini isə fiksə olunmuş 0,5% üzrə bağlayacaqlar. Adi vətəndaş üçün banka qabaqcadan götürülmüş məbləğdən daha az pul qaytarmaq təklifinin nə qədər şübhəli səsləndiyini anlayan “Jyske Bank” bu barədə öz saytında xüsusi elan yerləşdirib.

O, “Bəli, siz hər şeyi düzgün anlamısınız” sözləri ilə başlayır və hərfi mənada bir neçə abzasdan sonra əsas suala keçir: “Bu necə mümkündür?”

Ona ipoteka şöbəsinin müdiri bu cür cavab verir: “Mən özüm də bunu tam olaraq, anlamıram. Bundan başqa, şəxsən deyirdim ki, bu, mümkün deyil. Ancaq biz dəqiq hesabatlar apardıq, bütün riskləri nəzərə aldıq və məlum oldu ki, mənfi tarif yətərincə mümkündür ”.

Əslində, böyük ehtimalla “Jyske Bank”-ın müştəriləri istənilən halda borc götürdüklərindən bir az daha çox ödəyəcəklər, çünki onlar əlavə olaraq, bəzi lazımi rüsumları, üstəlik müqavilənin bağlanması üçün hüquqi xərcləri ödəməli olacaqlar. Amma formal olaraq, ipoteka tarifi mənfi olacaq. Bundan başqa, istisna edilmir ki, Danimarkada mənzillərin qiyməti yaxın illərdə nəinki artmayacaq, hətta enəcək. Bu halda, kredit ödəyən mənzil və ya ev sahibi heç nə qazanmayacaq və ya həmçinin pulunun bir hissəsini itirəcək.

Lakin təklif əsasən də yaxın zamanlarda onsuz da yeni mənzil almağa və ya köhnə ipoteka kreditini təzələməyə hazırlaşanlar üçün ümumi şəkildə yetərincə cəlbedici görsənir. Danimarkanın kommersiya bankları hələ ki mənfi tariflərə çatmayıblar, lakin elə həmin “Jyske Bank”-da əmanətləri artıq çoxdandır illik 0% üzrə qəbul edirlər və isveçrəlilərin nümunəsinin ardınca getməyi və tarifi mənfiyə salmağı düşünürlər (sadəcə heç kim bunu rəqiblərindən qabaq etmək istəmir).

Bu nöqteyi-nəzərdən kreditlər, həmçinin ipoteka üzrə mənfi tariflər tam şəkildə məntiqli görsənir.

“Jyske Bank” sərbəst pulları illik mənfi 0,65% üzrə (bu faiz üzrə Danimarkanın mərkəzi bankı pulları qəbul edir) depozitlərə yerləşdirə bilər və banka onları mənfi 0,5%  üzrə ipotekaya vermək sərf edir, beləcə itkilər az olacaq.

Üstəlik bank 0,5%-dən aşağı mənfi tariflər üzrə depozitləri cəlb edir və gəlir elə bu pulları mənfi gəlirlə olsa da, müsbət fərq ilə yerləşdirməkdədir.

Samirə Məmmədova