dekabrda-xaricde-tehsil-ucun-sened-qebuluna-baslanilacaq

Dekabrda xaricdə təhsil üçün sənəd qəbuluna başlanılacaq

2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı ilə xaricdə təhsil üçün sənəd qəbuluna dekabrın əvvəlindən başlanılacaq.

İnsider.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "Təhsil masası"nda deyib.

Onun sözlərinə görə, proses bu il daha tez başlanılacaq ki, hər kəs üçün əlçatanlıq təmin edilsin:

"Hamıya bərabər imkanlar yaradılacaq ki, proqrama müraciət edə bilsinlər".

APA