delta-variantindan-sonra-koronavirusun-simptomlari-deyisib

“Delta” variantından sonra koronavirusun simptomları dəyişib

Koronavirusun Hindistanda meydana çıxan “Delta” variantından sonra simptomları dəyişib.

“The Telegraph” Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) həkimlərinə istinadən bu barədə xəbər yayıb.

Bildirilir ki, qoxu və ya dadbilmənin itməsi, qızdırma və öskürək artıq ən çox görülən simptomlar deyil.

Eyni zamanda, yeni ştamm simptomları baxımından daha çox soyuqdəyməyə bənzəyir, bu səbəbdən çox insan həkimlərə müraciət etmir:

“Koronavirus hazırda tamamilə fərqli bir şəkildə hərəkət edir: daha çox gənclərə yoluxan virus soyuqdəymənin ağır formasına bənzəyir”, - deyə professor Tim Spektor bildirib.

Məlum olub ki, çox vaxt yeni simptom baş ağrısıdır- xəstələrin üçdə ikisi bunu hiss edir. Xəstələrin 15 %-də baş ağrısı koronavirus infeksiyasının yeganə simptomu olub. Boğaz ağrısı və burun axıntısı daha az yayılıb. Bu iki əlamət 40 yaşınadək yoluxanların yarısında müşahidə olunur.