demir-yolu-sahesinde-emekdasliqla-bagli-muzakireler-aparilir

Dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılır

İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparıblar.

İnsider.az xəbər verir ki, müzakirələr Türkmənistanda Xəzər ölkələrinin Nazirlər Forumu zamanı İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini və Dəmir Yolları şirkətinin direktoru Səid Rasuli, Azərbaycan və Tükmənistanın dəmir yolları üzrə rəsmiləri ilə görüşüb.

Bundan əlavə, Çin və İran konteyner qatarlarının gedişinin və Çin Konteyner Dəhliz Protokollarına dair öhdəliklərin həyata keçirilməsi ilə bağlı məsələlərə dair çıxışlar olub.

S.Rasuli eyni zamanda, Azərbaycan və Türkmənistanın nəqliyyat nazirləri ilə görüşüb və dəmir yolu sahəsində əməkdaşlığının yaxşılaşdırılmasına dair strategiyalarını müzakirə edib.

Nazirlər Forumunun qərarlarına əməl etmək və yerinə yetirmək üçün İdarəetmə Komitələrinin yaradılması və Xəzər dənizi ölkələri arasında hərtərəfli əməkdaşlığın başlaması səfərin əsas gündəmlərindən biri idi. 

Xatırladaq ki, Azərbaycan dəmir yolları tərəfindən Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. Bundan başqa, ikitərəfli razılaşmaya əsasən “Azərbaycan Dəmir Yolları” QSC İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Qeyd olunan terminalda quru yüklərin aşırılması artıq həyata keçirilir.


Bu maşrutun Qəzvin-Rəşt (175 km) hissəsinin tikintisi tamamlanıb. Samur çayı üzərindən Samur (Azərbaycan) – Yaraq Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası isə davam etdirilir. Ötən ay Səid Rəsulin Azərbaycana səfəri çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı da müzakirələr aparılıb. 

Qeyd edək ki, İran-Türkmənistan sərhədində Uzun (Qazaxıstan)- Bərəkət (Türkmənistan)-Qorqan (İran) dəmir yolunun istismara verilməsinin təntəli açılışı 2014-cu ilin dekabrında keçirilib,  Qazaxıstan və Türkmənistan hissəsinin tikintisi isə 2013-cu ilin mayında başa çatıb. Dəmir yolunun uzunluğu 925 km-dir. İran ərazisi ilə dəmir yolun 85 km keçir. Dəmir yolunun türkmən sahəsinin uzunluğu 700 km, qazax sahəsinin uzunluğu isə 140 km-dir.

Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun inşası barədə saziş 3 dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanıb. Tikinti işləri 2009-cu ildə başlanılıb.

Qazaxıstan-Türkmənistan-İran dəmir yolu beynəlxalq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir.

Bu layihənin təkmilləşdirilməsi ilə Çindən tutmuş Şərqi Avropaya qədər uzanan dəmir yolu marşrutundan istifadə imkanı yaranacaq.

Report