denizkenari-bulvar-erazisinde-velosiped-surmek-qadagandir-resmi-aciqlama-yenilenib-foto

Dənizkənarı Bulvar ərazisində velosiped sürmək qadağandır? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

“Dənizkənarı Bulvar ərazisində sadəcə sahil tərəfdə velosiped sürülməsi qadağandır”.

Bunu açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

O bildirib ki, sözügedən ərazidə skuter sürülməsinə tətbiq edilən məhdudiyyət qısamüddətli xarakter daşıyırdı:

“Həmin məhdudiyyət yay aylarında və cəmi iki həftə tətbiq edilmişdi. Amma həmin müddətdə də dənizkənarı zolaqda (sahilə yaxın) velosiped və skuter sürülməsinə icazə yox idi. Bulvar ərazisində sahil zolağında bu gün də velosiped sürmək qadağandır”.

10:04

Bakıda, dənizkənarı bulvar ərazisində velosiped zolağı çəkilib.

Bu, müzakirələrə səbəb olub.

Çünki dənizkənarı bulvarın həmin ərazisində skuter və velosiped sürmək qadağan olunmuşdu.

Oxu.Az