“Dünyada hələ də davam edən problemlərdən biri də xalqların üzləşdiyi deportasiya məsələsidir. Təəssüf ki, Azərbaycan xalqı da ötən əsrdə dörd dəfə deportasiyaya məruz qalıb. Ardıcıl olaraq, 1905, 1918-20, 1948-53, 1988-1992 illərdə azərbaycanlılar məcburi şəkildə öz yurdlarından köçürülüb”.
Bu fikirləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar söyləyib.
O qeyd edib ki, təkcə 1988-1992-ci illərin deportasiyasında məcburi köçürülən azərbaycanlıların sayı 250 mini ötüb:
“Bütövlükdə isə 750 mindən çox azərbaycanlı Ermənistan tərəfindən deportasiyaya məruz qalıb. Hazırda Qərbi Azərbaycan İcmasında bununla bağlı siyahıyaalma işləri həyata keçirilir. Bu rəqəmin böyük həcmdə artacağı güman olunur”.
AZƏRTAC