Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
İnsider.az xəbər verir ki, oktyabrın 14-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 582,8 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.
Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.