10.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 268 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir.
Qeyd edək ki, Mərkəzi Bank 14 gün müddətinə 100 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.
Diqqəti çəkən, depozit hərracında tələbin azalmasıdır. Öncəki hərraclarda tələb 600 milyon manatdan yüksək olurdu. Məsələn, 04.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 620,3 milyon manat təşkil etmişdi.
Tələbin azalması bankların Manatdakı izafi vəsaitlərini əldən çıxarmaq istəmədiklərinə işarədir. Son günlər neftin düşməsilə əlaqədar olaraq narahatlıq artıb və dollara tələb yüksəlib.
Qeyd edək ki, Mərkəzi Bank depozit hərracları və not emissiyası vasitəsilə banklardakı izafi likvidliyi azaldır.