depozit-herracinda-besqat-teleb

Depozit hərracında beşqat tələb

22.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 827,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir.

İnsider.az xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini elan etmişdi və bu məbləği də cəlb edib. Beləliklə, hərracda tələb təklifi 5,5 dəfə üstələyib.

Xatırladaq ki, 15.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 724,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir.