30.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 189 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,96% təşkil etmişdir.
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank 30 mart 2020-ci il tarixində keçiriləcək hərrac vasitəsilə 200 milyon manat (təklif) cəlb edəcəyini açıqlamışdı. Beləliklə, ilk dəfə depozit hərracında tələb təklifdən aşağı düüşb.
Xatırladaq ki, 29.03.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 200,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,82% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini elan etdiyindən və bu məbləği də cəlb etmişdir.
Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası məqsədilə həyata keçirilir.
Məlumat üçün bildirək ki, sterilizasiya əməliyyatı artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır.