28.12.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 915,4 milyon manat təşkil edib.
Mərkəzi Bankın yaydığı məlumata görə, hərracın nəticəsində cəlb edilmiş vəsaitlərin həcmi 200 milyon manat, bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir.
Beləliklə, hərracda tələb təklifi 5 dəfəyə yaxın üstələyib.
21.12.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 15 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 581,7 milyon manat təşkil etmişdi.