depozit-herracinda-teleb-artib

Depozit hərracında tələb artıb

Tələb 515,3 milyon manatdan 729,9 milyon manata yüksəlib.

07.09.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 729,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.

Mərkəi Bank şərtlərə əsasən hərrac ilə 150 milyon manat cəlb edib. 

Xatırladaq ki, 31.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 515,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.