30.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 389.6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Tələb təklifi 2,6 dəfə üstələyib.
İnsider.az xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb edib.
Hərracda tələbin təxminən 1,7 dəfə azalması diqqəti cəlb edib. Müqayisə üçün qeyd edək 23.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 647.2 milyon manat təşkil etmişdi.