depozit-herracinda-teleb-teklifi-4-defe-usteleyib

Depozit hərracında tələb təklifi 4 dəfə üstələyib

16.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 629.5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.

İnsider.az xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından, bu məbləği də cəlb edib. 

Xəbər verdiyimiz kimi, 09.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583.1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.26% təşkil etmişdi.