10.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 621,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.
İnsider.az xəbər verir ki, Mərkəzi Bank depozit hərracının şərtlərinə uyğun olaraq 150 milyon manat cəlb edib.