depozit-herracinda-teleb-teklifi-5-defeye-yaxin-usteleyib

Depozit hərracında tələb təklifi 5 dəfəyə yaxın üstələyib

19.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 732 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. 

İnisder.az xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini elan etdiyindən bu məbləği də cəlb edib.
 
Xatırladaq ki, 14.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 682,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığı üçün bu məbləği də cəlb etmişdi.
 
05.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 884,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdi.