depozit-herracinda-teleb-teklifi-6-defe-usteleyib

Depozit hərracında tələb təklifi 6 dəfə üstələyib

23.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 647.2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

İnsider.az xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini elan etdiyindən bu məbləği də cəlb edib. 

Xəbər verdiyimiz kimi, 16.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 629.5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini elan etdiyindən bu məbləği də cəlb etmişdi.