depozit-herracinda-teleb-teklifi-6-defeye-yaxin-usteleyib

Depozit hərracında tələb təklifi 6 dəfəyə yaxın üstələyib

05.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 884,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.

İnsider.az xəbər verir ki, Mərkəzi bank 150 milyon manat cəlb edəcəyini elan etmişdi  və bu məbləği də cəlb edib. 

Xəbər verdiyimiz kimi, 29.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 704,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.