29.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 704,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.
İnsider.az xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamışdı. beləliklə, hərracda tələb təklifi 7 dəfə üstələyib.
Xəbər verdiyimiz kimi, 22.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 827,9 milyon manat,hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi.
29 İyul 2018-ci il tarixində keçiriləcək hərrac üçün faiz dərəcəsi əvvəlki hərraclar ilə müqayisədə aşağı salınmışdı (6,26% - 8,24%). Öncəki hərraclarda faiz dərəcəsi 6,51% - 8,49% aralığında elan edilirdi. Səbəb Mərkəzi Bankın uçot dərəcəsini azaltmasıdır.